
Fransanın ədliyyə naziri Erik Dupond-Moretti fransız yazıçı Mişel Uelbekin “Müsəlmanlar Fransanı mənimsəyə bilmirlər, ölkədən getməlidirlər” fikrinin nifrət yaratdığını bildirib.
Dupond-Moretti Uelbekə qarşı cinayət işinin dayandırıldığı üçün bunu şərh etmək imkanının olduğunu söyləyib.
“Reaksiya vermək çox vaxt apardı. Niyə? Çünki bu cür söhbətlər adi hala çevrilib. Buna öyrəşmişik. Halbuki 15 il əvvəl belə çıxışları qınamaq üçün ön sıralarda dayanırdıq” - nazir deyib.
Dupond-Moretti əlavə edib: “Müsəlmanlar başqaları kimi fransız ola bilmirlər” demək, dözülməzdir. Bu ritorika nifrət yaradır və mənim sahib olduğum bütün dəyərlərə ziddir”.
Uelbek “Front Populaire” jurnalının son sayında müsəlmanlara istinad edərək belə demişdi: “Silahlanan insanlar var, avtomat alırlar, atıcılıq stendlərində təlim keçirlər. Düşünürəm ki, bütün bölgələr İslamın nəzarəti altına keçəndə müqavimət hərəkatı başlayacaq. Müsəlmanların getdiyi məscidlərdə və kafelərdə terror aktları və silahlı hücumlar olacaq”.
Paris Məscidinin rəhbəri Çems-Eddin Hafiz bu ifadələrinə görə Uelbeki məhkəməyə versə də, daha sonra şikayətini geri götürüb.
Conflict.az
