Sizin reklam burada
Sizin reklam burada

"Regionda İrana mövqelərini möhkəmləndirməkdə yalnız Ermənistan kömək edə bilər"

"Regionda İrana mövqelərini möhkəmləndirməkdə yalnız Ermənistan kömək edə bilər"
Tehran İrəvanla münasibətləri dərinləşdirməkdə qərarlıdır, çünki bu regionda (Cənubi Qafqaz ölkələrindən) İrana öz mövqelərini möhkəmləndirməkdə yalnız Ermənistan kömək edə bilər.
Bunu Ermənistanın eksperti Janna Vardanyan “Sputnik Armenia”ya müsahibəsində bildirib.
Ekspert qeyd edib ki, İran onsuz da pozulmuş qüvvələr balansını poza biləcək hər hansı geosiyasi dəyişikliklərdən qorxur.
Onun sözlərinə görə, Tehran hazırkı çətin vəziyyətdən çıxış yolunun İrvanla əməkdaşlığı artırmaqdan keçəcəyinə inanır. İran buna görə də 2023-cü ildə həmin istiqamətdə daha fəal siyasət yürütməyi planlaşdırır.
Ekspert vurğulayıb ki, İran Azərbaycanla İsrail arasında əməkdaşlığın dərinləşməsindən də narahatdır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş