Sizin reklam burada
Sizin reklam burada

Separatçılar Volkovla görüş tələb edirlər

Separatçılar Volkovla görüş tələb edirlər
Azərbaycanın Xankəndi şəhərində məskunlaşan erməni separatçıları aeroporta toplanıblar.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bir neçə nəfərdən ibarət "aksiyaçı" Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovla görüş tələb edirlər.
Qeyd edək ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəallar Rusiya sülhməramlılarının məsuliyyət zonasında yeraltı sərvətlərin talanmasına və ekoloji terrora etiraz aksiyası keçirir. Aksiyaçıların tələblərindən biri də Rusiya sülhməramlı kontingentinin komandanı Volkovla görüşdür.
Ənənəvi erməni oğurluğudur – bu dəfə azərbaycanlı ekofəalların görüş tələbini “oğurlayıblar”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş