Sizin reklam burada
Sizin reklam burada

"Araik kimilərin günahı ucbatından baş verən münaqişə olmasaydı, çətinliklərə dözmək məcburiyyətində qalmazdıq"

"Araik kimilərin günahı ucbatından baş verən münaqişə olmasaydı, çətinliklərə dözmək məcburiyyətində qalmazdıq"
Qarabağ ermənisi Yuri Musaelyan övladlarının və arvadının gözü qarşısında döyülüb. Araikin adamları ona sadəcə Xankəndinə etiraz aksiyasına getdiyi üçün hücum çəkib. Onu bu aksiyaya sövq edən düşdüyü ağır sosial vəziyyət səbəb olub.
Bu cümlə Qarabağ ermənisi, Xocavənd sakini Artur Ağacanovun Yutub kanalı vasitəsilə həmyerlilərinə müraciətində yer alıb.
Onun sözlərinə görə, Laçın dəhlizi ətrafında vəziyyətin yaranmasının səbəblərindən biri də Qarabağda Araik Arutyunyan, Ruben Vardanyan və onlar kimi başqaları tərəfindən qızıl və mis yataqlarının qanunsuz istismarıdır.
“Bu vəziyyət məni illərdir narahat edir, çünki mən özüm hamınızla eyni mövqedə olmuşam. Mən də yüz minlərlə erməni kimi Bako Saakyan, Araik Arutyunyan, Robert Köçəryan, Serj Sərkisyan, Vitali Balasanyan və bir sıra başqa bədbəxt “vətənpərvərlərin” günahı üzündən Azərbaycanı tərk etməli oldum. Əgər Araik kimilərin günahı ucbatından baş verən münaqişə olmasaydı, biz bugünkü çətinliklərə dözmək məcburiyyətində qalmazdıq və bu gün Qarabağda daha çox insan xoşbəxt yaşayardı” - deyə Artur Ağacanov söyləyib.
Artur Ağacanov sonda Qarabağ ermənilərini qorxmamağa və Azərbaycanla birləşməyə çağırıb: “Fikrinizi söyləməkdən qorxmayın. Yuri Musaelyan kimi insanlar çox olmalıdır. Çıxın və haqqınızı tələb edin. Biz Azərbaycan xalqı ilə sosial problemləri birlikdə həll edə bilərik. İnanıram ki, inteqrasiya olacaq və bütün problemlərimizi Azərbaycan xalqı ilə həll etmək olar. Qarşıdan gələn Yeni il bayramınız mübarək olsun. Mən sizin müdrikliyinizə inanıram”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş