Sizin reklam burada
Sizin reklam burada

“Azərbaycan sadəcə rus sülhməramlıların daha bir səlahiyyətini əlindən alır”

“Azərbaycan sadəcə rus sülhməramlıların daha bir səlahiyyətini əlindən alır”
Yol açılacaqmı? Bu konkret problemin həlli üçün nəsə baş verəcəkmi? Məncə, bəli.
Yenipress.az xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan deyib.
O bildirib ki, azərbaycanlıların Qarabağdakı erməni icmasını “acından öldürmək” niyyəti yoxdur: “Azərbaycan sadəcə ev sahibinin kim olduğunu göstərmək istəyir və rus sülhməramlıların daha bir səlahiyyətini əlindən alır”.
İsgəndəryanın fikrincə, azərbaycanlıların aksiyası Qarabağ ermənilərinə deyil, sülhməramlılara qarşı yönəlib: “Hesab etmirəm ki, bu, çox davam edəcək – danışıqlar gedir, həm də çox sıx gedir. Ancaq bu, heç də o demək deyil ki, belə bir hadisə sonuncudur”.
Ekspert bu addımı Azərbaycanın strategiyası adlandırıb və bildirib ki, Bakı Ermənistana, Rusiyaya və Qarabağdakı ermənilərə müxtəlif vasitələrlə təsir etməyə davam edəcək: “Hələlik Ermənistanda, Rusiyada və “Qarabağ”da (separatçılar nəzərdə tutulur – red.) vəziyyət dəyişməyəcək, ancaq Bakı bu addımlara davam edəcək, diplomatik, ictimai, hərbi təzyiqi davamlı tətbiq edəcək”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş