Sizin reklam burada
Sizin reklam burada

"İranın əsassız ittihamlara qarşı strateji səbri hədsiz deyil”

"İranın əsassız ittihamlara qarşı strateji səbri hədsiz deyil”
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani hesab edir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyaya silah tədarükü ilə bağlı səsləndirdiyi ittihamların əsassızdır. Zelenskini İranın səbrini daşırmamağa çağıran Naser Kənani qeyd edib ki, İran dəfələrlə Kiyevin pilotsuz təyyarələrin ötürülməsi iddiaları ilə bağlı bəyanatlarına reaksiya verib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Diplomat ABŞ Konqresinin iclasında İran İslam Respublikasına qarşı “təkrarlanan ittihamlar və kobud ifadələri” pisləyib. Spiker deyib ki, İran hər zaman bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət edib və “Cənab Zelenski bilməlidir ki, İranın bu cür əsassız ittihamlara qarşı strateji səbri hədsiz deyil”.
O, həmçinin Ukrayna prezidentini ABŞ-ın dəstəyinə sevinən dövlətlərin taleyindən dərs almağa çağırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş