Sizin reklam burada
Sizin reklam burada

"Şimali Koreya “Vaqner”in istifadəsi üçün Rusiyaya raket və mərmilər çatdırıb”

"Şimali Koreya “Vaqner”in istifadəsi üçün Rusiyaya raket və mərmilər çatdırıb”
Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Ukraynadakı Rusiya qoşunlarını dəstəkləmək üçün Şimali Koreyadan silah partiyası alıb.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bildirib.
“Biz təsdiq edə bilərik ki, Şimali Koreya avadanlıqların ödənişini edən “Vaqner” şirkətinə ilkin silah tədarükünü başa vurub. Ötən ay Şimali Koreya “Vaqner”in istifadəsi üçün Rusiyaya raket və mərmilər çatdırıb” - o bildirib.
ABŞ-ın qiymətləndirməsinə görə, KXDR-in tədarük etdiyi silahların sayı Ukraynadakı hərbi əməliyyatların dinamikasını dəyişməyəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş