Sizin reklam burada
Sizin reklam burada

Avropa Parlamentinin keçmiş üzvü nağd pulla dolu çamadanla gizlənərkən saxlanılıb

Avropa Parlamentinin keçmiş üzvü nağd pulla dolu çamadanla gizlənərkən saxlanılıb
Avropa Parlamentinin keçmiş üzvü Yeva Kayli atası Aleksandros Kaylisə özünün rüşvət qismində aldığı külli miqdarda pulları evində gizlətməsini tapşırıb.
Bunu siyasətçinin özü etiraf edib.
Kayli dekabrın 9-dan Haren həbsxanasının qadınlar bölməsində saxlanılır və Qətərdə keçirilən dünya çempionatı ilə bağlı korrupsiyaya görə mühakimə olunur.
Dekabrın 22-də o, məhkəmə qarşısında çıxış edəcək.
Qeyd edək ki, Aleksandros Kaylis kütləvi antikorrupsiya əməliyyatı zamanı Brüsseldəki “Sofitel” hotelində nağd pulla dolu çamadanla gizlənərkən saxlanılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ