Sizin reklam burada
Sizin reklam burada

"Qanun söz azadlığını məhdudlaşdıracaq"

"Qanun söz azadlığını məhdudlaşdıracaq"
Ukrayna Ali Radası kütləvi informasiya vasitələrinin işi haqqında qanun layihəsini yekun oxunuşda qəbul edib.
Bu barədə deputat Yaroslav Jeleznyak "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, qanun layihəsinin lehinə 299 deputat səs verib.
Qanun layihəsi Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurasına məhkəmə qərarı olmadan kütləvi informasiya vasitələrinin, o cümlədən onlayn nəşrlərin işini dayandırmağa imkan verəcək. Milli Şura həmçinin cərimələr tətbiq edə, KİV-lərin qeydiyyatını ləğv edə və ya materialların yayılmasına qadağa qoya biləcək. Qanun Rusiya vətəndaşları və ya rezidentlərinin daxil olduğu mətbuat orqanlarının fəaliyyətini qadağan etməyi təklif edir.
Qanun layihəsi jurnalistlər və hüquq müdafiəçiləri tərəfindən tənqid edilib. Onların fikrincə, yeni qanun Ukraynada söz azadlığını məhdudlaşdıracaq.
Bildirilir ki, qanun layihəsi parlamentə üç il əvvəl daxil olub. Müharibənin başlanmasından sonra hökumət qanunun qəbul edilməsinin sürətləndirilməsini istəyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş