Sizin reklam burada
Sizin reklam burada

Parlament totalitar rejimlərin təbliğatını qadağan edən qanunu qəbul etdi

Parlament totalitar rejimlərin təbliğatını qadağan edən qanunu qəbul etdi
Litva parlamenti çərşənbə axşamı totalitar rejimlərin təbliğatını qadağan edən qanunu qəbul edib.
Plenar iclasda bu sənədin lehinə 103 deputat səs verib, 6 siyasətçi bitərəf qalıb, əleyhinə səs verən olmayıb.
Qanunda qeyd olunduğu kimi, onun məqsədi “totalitar, avtoritar rejimlərin təbliğatına qadağa qoyulması, bu cür rejimlərin ideologiyasını təbliğ edən ictimai obyektlərin müəyyən edilməsi və onların ictimai məkandan çıxarılması və ya dəyişdirilməsidir”.
Bələdiyyələr qanunun qüvvəyə minməsindən sonra 20 gün müddətində sözügedən ictimai obyektlər haqqında məlumat hazırlamağa borcludurlar.
Sənəd 2023-cü il mayın 1-dən qüvvəyə minəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş