Sizin reklam burada
Sizin reklam burada

"Biz əvvəlki hakimiyyətdən fərqlənirik"

"Biz əvvəlki hakimiyyətdən fərqlənirik"
Ölkədə hər kəsin hüququ qorunur. Məhz buna görə də biz əvvəlki hakimiyyətdən fərqlənirik.
Bu barədə Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin eks-prezident Mixal Saakaşvili ilə bağlı səsləndirdiyi açıqlamaya cavab olaraq bildirib.
O deyib ki, Gürcüstan hökuməti öz məsuliyyətini yaxşı dərk edir: "Dövlət öz məsuliyyətini çox gözəl dərk edir. Həbsxanada və xəstəxanada lazım olan bütün imkanlar yaradılıb. Biz insan hüquqlarını qoruyuruq və bu bizim məsuliyyətimizdir. Bizim hakimiyyət əvvəlki hakimiyyətdən məhz buna görə fərqlənir".
Qeyd edək ki, ABŞ Dövlət Departamenti sabiq prezident Mixail Saakaşvilinin hüquqlarının və sağlamlığının qorunması ilə bağlı məsuliyyətin Gürcüstan hökumətinin üzərinə düşdüyünü bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş