Sizin reklam burada
Sizin reklam burada

Aİ Şurası zəruri sənədlər paketini razılaşdırıb

Aİ Şurası zəruri sənədlər paketini razılaşdırıb
Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri gələn il Kiyevə 18 milyard avro ayrılmasını yekdilliklə təsdiqləyiblər.
Bu barədə Çexiyanın Avropa İttifaqındakı nümayəndəliyinin “Twitter” hesabında məlumat verilib.
Səfirlər 2023-cü ildə Ukraynaya 18 milyard avro ayıracaq maliyyə dəstəyi paketini yekdilliklə təsdiqləyiblər.
Dekabrın 10-da bildirilib ki, Aİ Şurası gələn il Kiyevə 18 milyard avro məbləğində maliyyə yardımının ayrılması üçün zəruri sənədlər paketini razılaşdırıb.
Kreditin on illik güzəşt dövrü olacaq. Eyni zamanda, faiz xərclərinin əsas hissəsini Aİ-yə üzv ölkələr ödəyəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş