Sizin reklam burada
Sizin reklam burada

"Neft idxalına qadağa qoyulması Rusiyanın neft gəlirlərinə ağır zərbə vurub"

"Neft idxalına qadağa qoyulması Rusiyanın neft gəlirlərinə ağır zərbə vurub"
AB-yə neft idxalına qadağa qoyulması Rusiyanın neft gəlirlərinə ağır zərbə vurub.
Bu barədə "Blumberq" məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyası AB-nin Rusiya neftinə qarşı dekabrın 5-dən qüvvəyə minmiş sanksiyalarının enerji qiymətlərinin kəskin artmasına səbəb olacağından ehtiyat edirdi: "Rusiya neftinin tankerlərlə daşınması üçün logistika, sığorta və maliyyə xidmətlərinə qoyulan qadağa xüsusi narahatlıq doğurub. Təsiri yumşaltmaq üçün qiymət həddinin bir barrel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi təklif edilib - bu halda tədarük və xidmətlərə qadağa tətbiq edilmir.
Moskva Avropa bazarını itirib - yəni sutkada 1,5 milyon barrel itki var. Polşa və Almaniya boru kəmərləri vasitəsilə neft idxalını dayandırmaq üzrə öhdəliklərini yerinə yetirsələr, ilin sonuna qədər o, gündə daha 500 min barrel itirəcək".

Conflict.az

  • Sosial şəbəkədə paylaş