Sizin reklam burada
Sizin reklam burada

Rusiyaya qarşı təşəbbüslərə 6 milyard dollar ayırılacaq

Rusiyaya qarşı təşəbbüslərə 6 milyard dollar ayırılacaq
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini 858 milyard dollar həcmdə təsdiqləyib. Təşəbbüs kifayət qədər səs toplayıb.
Daha əvvəl müdafiə büdcəsi layihəsi Konqresin hər iki palatasının aidiyyəti komitələri tərəfindən razılaşdırılıb. Ukraynaya təhlükəsizlik sahəsində azı 800 milyon dollar yardım və Rusiyaya qarşı Avropada yönəlmiş təşəbbüs üçün 6 milyard dollar ayırmağı nəzərdə tutur.
Sənəd Rusiya ilə qızılla bağlı əməliyyatlara görə sanksiyaları da əhatə edir, Rusiya ilə hərbi sahədə əməkdaşlığa qoyulan qadağanın beş il müddətinə uzadılmasını nəzərdə tutur, həmçinin raket əleyhinə müdafiə sistemləri ilə bağlı məlumat mübadiləsinə daimi qadağa qoyur. Bundan başqa, Vaşinqton Rusiya Federasiyası nümayəndələrinin G 20 və digər beynəlxalq təşkilatların tədbirlərində iştirakına mane olmaq niyyətindədir.
Büdcə layihəsi Senatda səsverməyə çıxarılacaq. Təşəbbüs Konqresin yuxarı palatası tərəfindən təsdiqlənərsə, imza üçün Prezident Co Baydenə göndəriləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş