Sizin reklam burada
Sizin reklam burada

"Raketlər satılmayıb, SEPAH tərəfindən hədiyyə edilib"

"Raketlər satılmayıb, SEPAH tərəfindən hədiyyə edilib"
İranın molla rejimi gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib - 500 ədəd “Dehlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket. Bu raketlər satılmayıb, SEPAH tərəfindən hədiyyə edilib.
Oktyabrın 24 və 30-da Ermənistan vətəndaşı Yura Baqdasaryanın idarə etdiyi mikroavtobusla Qarabağa gətirilən İran vətəndaşlarının buradakı qanunsuz erməni silahlı dəstələrə təlim keçdiyi təsdiqlənir.
İranlıların bölgəyə gələcəyi İranla Ermənistan arasında oktyabrın sonlarında - İran istehsalı olan 600 ədəd raket göndərəndən dərhal sonra razılaşdırılıb. Çünki İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən hədiyyə edilmiş “Dehlaviyeh” və “Almas” tipli raket kompleksindən istifadəni öyrənmək üçün erməni hərbçilərə təlim keçmək tələb olunur. Məhz buna görə raket kompleksləri ünvana çatdırılandan bir ay sonra iranlı dəstələr bölgəyə göndərilib.
Məlumata görə, bir qrup iranlı eyni missiya ilə Ermənistana da gedib, digər qrup isə hələ də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə qalmış hərbi birləşmələrə təlim üçün Qarabağa keçib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş