Sizin reklam burada
Sizin reklam burada

ABŞ üçün qiymətlər dəyişməz qalacaq

ABŞ üçün qiymətlər dəyişməz qalacaq
Səudiyyə Ərəbistanı yanvar ayında Asiya alıcıları üçün neftin əksər növlərinin qiymətlərini aşağı salacaq.
Bu barədə “Saudi Aramko” şirkəti məlumat yayıb.
“Asiyaya tədarük edilən əsas növ “Arab Light”ın qiyməti gələn ay bir barel üçün 2,2 dollar ucuzlaşacaq. Ekspertlər Asiya üçün “Arab Light” qiymətlərinin orta hesabla 2,1 dollar/barrelə düşəcəyini gözləyirlər” - bildirilib.
Qeyd edilir ki, ABŞ üçün qiymətlər ardıcıl ikinci ay dəyişməz qalacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş