Sizin reklam burada
Sizin reklam burada

"Gəlin, ədalətə nail olaq”

"Gəlin, ədalətə nail olaq”
Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həbsdən necə xilas oluna biləcəyini açıqlayıb.
"TSN" xəbər verir ki, o, bunu noyabrın 30-da rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində deyib.
"Məndə olan məlumat əsasında onun tam mənada müalicəsini təmin etmək üçün həbs altında saxlamaq şərti ilə üçüncü ölkəyə, məsələn, Avstriyaya köçürülməsini təklif edərdim. Bu, həm Gürcüstan tərəfinə ədaləti təmin etməyə, həm də onun sağlamlığını qorumağa imkan verəcək. Bunu gürcü tərəfinə təklif edərdim, çünki onun həbsdə ölməsini istəmirlər. O halda onu mühakimə edin, amma üçüncü ölkəyə verin. Bu yolla siz onu zəhərləməyiniz və ya öldürmək istəyiniz haqdakl şübhələrdən yayınmış olarsınız. Ona görə də gəlin, tam müalicə üstəgəl ədalətə nail olaq” – deyə Arestoviç vurğulayıb.
Xatırladaq ki, Tiflisdəki klinikanın həkimləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə noyabrın 28-də dövlər sərhəddini qanunsuz keçməklə bağlı iş üzrə məhkəmə iclasında iştirak etməyə icazə verməyib.Tibb işçiləri bildirib ki, siyasətçinin vəziyyəti çox ağırdır, o, yalnız əlil arabasında hərəkət edə bilir. Siyasətçinin vəkili Şalva Xaçapuridze isə Saakaşvilinin orqanizmində ağır metallardan başqa, həm də arsen maddəsinin aşkar edilməsi barədə məlumat verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ