Sizin reklam burada
Sizin reklam burada

"İraqın təhlükəsizliyini pozmağa çalışan istənilən qüvvənin qarşısını alacağıq”

"İraqın təhlükəsizliyini pozmağa çalışan istənilən qüvvənin qarşısını alacağıq”
İraqın bəzi bölgələrində İrana yönəlik təhdidlər qalmaqdadır. Yeganə həll yolu İraq mərkəzi hökumətinin bu bölgələrdə hakimiyyətini bərqərar etməkdir.
Bu sözləri İranın Ali dini lideri Əli Xamenei İraqın yeni Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə görüşündə deyib.
“İraq və İranın təhlükəsizliyi bir-birinə bağlıdır. İraqın təhlükəsizliyini pozmağa çalışan istənilən qüvvənin qarşısını alacağıq” - deyə Xamenei bildirib.
Sudani öz növbəsində İraq ərazisindən İranın təhlükəsizliyini pozmaq üçün istifadəyə imkan verilməyəcəyini bildirsə də, Xamenei narazılığını bu sözlərlə ifadə edib: “Təəssüf ki, hücumlar baş verir. Yeganə həll yolu İraqın bütün ərazisində mərkəzi hökumətin təsir dairəsini bərqərar etməkdir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş