Sizin reklam burada
Sizin reklam burada

"Keçmiş baş nazirin həqiqətlə unikal münasibəti var"

"Keçmiş baş nazirin həqiqətlə unikal münasibəti var"
Almaniya Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Rusiyanın işğalı ərəfəsində Berlinin mövqeyi ilə bağlı iddialarını qəzəblə rədd edib.
Bu barədə “Quardian” nəşri yazır.
Almaniya kansleri Olaf Şoltsun sözçüsü Consonu diplomatik şəkildə tənqid edərək bu iddiaları təkzib edib: “Biz bilirik ki, çox maraqlı keçmiş baş nazirin həmişə həqiqətlə unikal münasibəti var və bu hal istisna deyil”.
Qeyd edək ki, B.Conson CNN-ə müsahibəsində Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində Almaniya hökumətinin Ukraynanın silahı yerə qoymasını məqbul hesab etdiyini bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş