Sizin reklam burada
Sizin reklam burada

"Ruslar Türkiyə ilə uzlaşmağa məcburdur"

"Ruslar Türkiyə ilə uzlaşmağa məcburdur"
Türkiyə Suriya və İraqın şimalında PKK terrorçularına qarşı hava əməliyyatları həyata keçirir. Ərdoğanın uzun müddətdir anonsunu verdiyi əməliyyat son terror aktından sonra legitimliyini bir daha qazandı. Hərçənd, Ankaranın əməliyyatına Rusiya və ABŞ-ın səssiz qalmasının siyasi səbəbləri də var:

- Ruslar hazırki geosiyasi şərtlərdə Türkiyə ilə uzlaşmağa məcburdur;

- Amerikalılar ruslarla qarşıdurmada Ankaranın tərəzinin Moskva gözünə ağırlıq verməsini istəmirlər, o cümldən, NATO-nun Finlandiya və İsveç üzərindən genişlənmə planı da Türkiyədən asılıdır.

Türkiyə şərtləri öz xeyrinə dəyişə bildi. İndi birinci mərhələnin - hava əməliyyatının ardınca Suriyada quru əməliyyatının başlanacağı ehtimalı da var, xüsusilə sərhəd bölgəsində Kilisə atılan raket bu zərurəti gücləndirə bilər. Ankara cənub sərhədlərində həm təhlükəsizliyi təmin etmək, həm də suriyalıların geri qaytarılmasını həyata keçirmək üçün 30 kilometrlik təhlükəsiz bölgənin yaradılmasında israrlıdır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş