Sizin reklam burada
Sizin reklam burada

"Bəyanatlar yaxşıdır, lakin kifayət deyil”

"Bəyanatlar yaxşıdır, lakin kifayət deyil”
İsveçin kürd separatçıları ilə bağlı problemi həll etmək vədləri Türkiyəni qane etmir və rəsmi Stokholm daha qətiyyətli addımlar atmasa, çətin ki, Ankara ölkənin NATO-ya üzvlük müraciətinə etirazını geri götürsün.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik bildirib.
“İsveçdən gələn bu bəyanatlar yaxşıdır, lakin həyata keçirilməyənə qədər kifayət deyil”- deyə, o bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyadan terrorçuların ekstradisiyasını tələb edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş