Sizin reklam burada
Sizin reklam burada

"Tərəddüd etmədən hərəkətə keçəcəyik”

"Tərəddüd etmədən hərəkətə keçəcəyik”
ABŞ İranın Səudiyyə Ərəbistanına qarşı təhdidlərindən narahatdır və lazım gələrsə, cavab verməkdən çəkinməyəcək.
“Röyters” xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü danışıb.
“Biz təhdidlərdən narahatıq və hərbi və kəşfiyyat kanalları vasitəsilə səudiyyəlilərlə əlaqə saxlayırıq. Biz regionda maraqlarımızı və tərəfdaşlarımızı qorumaq üçün tərəddüd etmədən hərəkətə keçəcəyik” - sözçü söyləyib.
Qeyd edək ki, “Vol Strit Jurnal” İranın daxildəki etirazlardan diqqəti yayındırmaq üçün Səudiyyə Ərəbistanı və İraqa zərbə endirə biləcəyi haqda sensasion məlumat paylaşıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş