Sizin reklam burada
Sizin reklam burada

"Zabitlər yeni səfərbər edilmiş əsgərlərin Ukraynaya silahsız gəlməsindən narahat idilər”

"Zabitlər yeni səfərbər edilmiş əsgərlərin Ukraynaya silahsız gəlməsindən narahat idilər”
Rus işğalçılarının uğursuzluğa davam edir. Ruslar yeni çağırılanları köhnə avtomatlarla silahlandırırlar. Onsuz da zəif maddi-texniki təchizat ucbatından belə silahlar üçün patronları tam təmin edə bilmirlər.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının yeni hesabatında deyilir.
“Oktyabrın ortalarından bəri Rusiya Ukraynadakı cəbhə xəttinə bir neçə min yeni səfərbər edilmiş ehtiyatda olan hərbçi göndərib. Bir çox hallarda onlar zəif təchiz olunublar. Sentyabrda rus zabitləri yeni səfərbər edilmiş ehtiyatda olan bəzi əsgərlərin Ukraynaya silahsız gəlməsindən narahat idilər” - məlumatda bildirilir.
İngilis kəşfiyyatı qeyd edir ki, səfərbər edilmiş ehtiyatda olan əsgərlərə verilən avtomatlar ilk dəfə 1959-cu ildə təqdim edilən AKM hücum silahlarıdır:
“Çox güman ki, pis saxlama səbəbindən onların çoxu yaxşı durumda deyil. AKM 7.62 mm-lik patronlardan atəş açır, Rusiyanın nizami döyüş bölmələri isə əsasən 5.45 mm-lik AK-74M və ya AK-12-lərlə silahlanıb. Ehtiyatda olan hərbçilərin Ukraynadakı müqaviləli və təcrübəli hərbçilərlə inteqrasiyası o demək olacaq ki, rus logistikləri cəbhəyə bir yox, iki növ atıcı silahın sursatını çatdırmalı olacaq. Bu, Rusiyanın onsuz da pis durumda olan logistika sistemlərinin işini daha da çətinləşdirəcək”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş