
Ukrayna üzərində hava qalxanı qurmaq lazımdır.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Almaniya kansleri Olaf Şoltsla telefon danışığı apardığını qeyd edən Zelenski Rusiyanın raket hücumu barədə kansleri məlumatlandırdığını vurğulayıb:
"Biz Almaniyaya hava hücumundan müdafiəni təmin etdiyinə görə minnətdarıq. Ukrayna üzərində hava qalxanı qurmaq lazımdır".
O, həmçinin bildirib ki, taxıl tədarükünün davam etdirilməsi vacibdir:
"Dünyanın aclıqla şantaj edilməsinə imkan verməməliyik”.
Conflict.az
