Sizin reklam burada
Sizin reklam burada

"Rusiya hökuməti ərzaqdan silah kimi istifadə edir"

"Rusiya hökuməti ərzaqdan silah kimi istifadə edir"
"Rusiya hökuməti ərzaqdan silah kimi istifadə edir".
Bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın “Taxıl sazişi”ndən çıxmasına münasibət bildirərkən deyib.
O bildirib ki, Rusiya bu addımla dünyada qida təhlükəsi yaratmağa çalışır: "Rusiyanın bu kritik əhəmiyyət kəsb edən taxıl ixracına zərər vuran hər hansı bir hərəkəti bütün dünyada insanların qida üçün daha çox pul ödəməli olduqlarını və ya aclıqdan ölməli olduqlarını ifadə edir" - deyə Blinken qeyd edib.
Dövlət katibinin sözlərinə görə, bu qərarla Rusiya onsuz da ciddi humanitar böhranı daha da dərinləşdirir.
Xatırladaq ki, Rusiya Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş