Sizin reklam burada
Sizin reklam burada

"Ölkəmdə bu müharibəni sülhlə dayandıra biləcək lider olmadığı üçün özüm təşəbbüslə çıxış etdim”

"Ölkəmdə bu müharibəni sülhlə dayandıra biləcək lider olmadığı üçün özüm təşəbbüslə çıxış etdim”
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Pol Qozar Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini sülh danışıqları aparmaq üçün Arizonaya dəvət edib.
O, Rusiya və Ukraynanın Vaşinqtondakı səfirliklərinə göndərilən dəvət məktubunu tviterdə dərc edib.
“Mən diplomat deyiləm. Konqresin üzvüyəm. Ölkələrinizdə kifayət qədər ölüm və dağıntılar görmüşəm. Bu, qəbuledilməzdir. Sülh yolu ilə həll cəhdlərinin olmaması məni üzür. Mənim ölkəmdə bu müharibəni sülhlə dayandıra biləcək lider olmadığı üçün özüm təşəbbüslə çıxış etdim” - P.Qozar bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş