Sizin reklam burada
Sizin reklam burada

"Cənubi Koreya Şimali Koreya ilə nüvə sahəsində əməkdaşlığı bərpa etməyimizə necə reaksiya verəcək?"

"Cənubi Koreya Şimali Koreya ilə nüvə sahəsində əməkdaşlığı bərpa etməyimizə necə reaksiya verəcək?"
Seulun Ukraynaya silah və sursat tədarükü ilə bağlı qərarı Rusiya və Koreya respublikası arasında əlaqələrə dağıdıcı təsir göstərir.
Bu sözləri Rusiya lideri Vladimir Putin “Valday” diskussiya klubunda çıxışı zamanı deyib.
“Bizim Koreya ilə çox xoş əlaqələrimiz var. Və biz hər zaman həm Cənubi Koreya, həm də Koreya Xalq Demokratik Respublikası ilə dialoq aparmaq imkanında olmuşuq. Ancaq indi bizə bəllidir ki, Koreya Respublikası Ukraynaya silah və sursat tədarükü haqda qərar qəbul edib. Bu, əlaqələrə dağıdıcı təsir edəcək” - Putin bildirib.
Putin Seula bunun cavabı olacaq addımı da xatırladıb: "Bəs Koreya Respublikası bizim Şimali Koreya ilə nüvə sahəsində əməkdaşlığı bərpa etməyimizə necə reaksiya verəcək?"

Conflict.az

  • Sosial şəbəkədə paylaş