Sizin reklam burada
Sizin reklam burada

"Ukraynalıları öldürmək üçün Rusiyaya silah göndərməyi dayandırın"

"Ukraynalıları öldürmək üçün Rusiyaya silah göndərməyi dayandırın"
Rusiya İrana ölkədə baş verən etirazları yatırmağa kömək edə bilər.
Bunu Ağ Evin sözçüsü Karine Jen-Pyer deyib.
O qeyd edib ki, Moskva etirazların yatırılmasında qazandığı təcrübə əsasında İrana nümayişlərin dağıdılması üçün məsləhət verə bilər.
Sözçü, həmçinin bildirib ki, İranın Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etdiyinə dair sübutlar hər kəsə məlumdur.
"Bizim İrana mesajımız çox aydındır. Öz xalqınızı öldürməyi dayandırın və ukraynalıları öldürmək üçün Rusiyaya silah göndərməyi dayandırın" - Jan-Pyer deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş