Sizin reklam burada
Sizin reklam burada

"Ukraynada İranda hazırlanmış PUA-larla bağlı fraqmentlər var"

"Ukraynada İranda hazırlanmış PUA-larla bağlı fraqmentlər var"
İsrail Prezidenti İshaq Hersoq ABŞ-a səfəri zamanı Ukrayna ərazisində İran pilotsuz təyyarələrinin istifadəsinə dair sübutları təqdim edəcək.
Bu barədə İsrail Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"İsrail müdafiə qurumu vizual təhlillər vasitəsilə müəyyən edib ki, Ukraynada İranda hazırlanmış PUA-larla bağlı fraqmentlər var. Prezident Hersoq ABŞ nümayəndələrinə 2021-ci ilin dekabrında İranda keçirilən hərbi təlimlər zamanı partlamış “Şahid-136” PUA-larının görüntülərini təqdim edəcək” - deyə bildirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş