
Rusiyanın Ukraynanın “çirkli bomba” dan istifadə etməsi ilə bağlı iddiaları tamamilə yalandır.
Bunu CNN-ə açıqlamasında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Edrien Uotson deyib .
"Biz nazir Şoyqunun Ukraynanın öz torpağında çirkli bombadan istifadə etməyə hazırlaşdığı barədə açıq-aşkar yalan iddiaları ilə bağlı xəbərləri rədd edirik. Dünya bu ittihamdan istifadə etmək cəhdini eskalasiya üçün bəhanə kimi qiymətləndirəcək" - Uotson bildirib.
Qeyd edilib ki, ABŞ Rusiyanın Kaxovskaya SES-in bəndini partlatmaq üçün konkret planının olması ilə bağlı istənilən məlumatı diqqətlə izləyir.
Conflict.az