Sizin reklam burada
Sizin reklam burada

“Tarixi müqayisələrdə həmişə ehtiyatlı olmaq lazımdır"

“Tarixi müqayisələrdə həmişə ehtiyatlı olmaq lazımdır"
Almaniya kansleri Olaf Şolts və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın bərpası üçün Marşall Planının hazırlanmasına və ölkəyə yardımın əlaqələndirilməsi platformasının formalaşmasına çağırıblar.
Bu barədə onların “Frankfurter Allgemeine Zeitung” qəzetindəki birgə məqaləsində deyilir.
Material Berlində Ukraynanın bərpası ilə bağlı keçiriləcək konfrans ərəfəsində yayılıb. Məqalədə Şolts və Leyen izah ediblər ki, tədbir zamanı onlar mütəxəssislərlə beynəlxalq ictimaiyyətin Kiyevə ən yaxşı şəkildə necə kömək edə biləcəyini müzakirə etmək istəyirlər: “Tarixi müqayisələrdə həmişə ehtiyatlı olmaq lazım olsa belə, bu, 21-ci əsr üçün yeni Marşall Planının yaradılmasından başqa bir şey deyil”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş