Sizin reklam burada
Sizin reklam burada

"Putin proqnozlaşdırılmayan situasiya ilə üzləşdi"

"Putin proqnozlaşdırılmayan situasiya ilə üzləşdi"
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putini sonu görünməyən müharibəyə təhrik etdi.
Bu sözləri İtaliyanın sabiq baş naziri Silvio Berluskonu “Blumberq”in əldə etdiyi səs yazısında deyib.
O bildirib ki, Putin müharibə etmək istəməyib, ancaq Ukraynanın Donbasa hücumlarına görə buna məcbur olub.
Berluskoni iddia edib ki, Zelenski prezident seçildikdən sonra hücumların sayını artırıb, Putin isə onu devirmək və yerinə Ukraynadakı ruslar içərisindən şərəfli, ağıllı insanı gətirmək istəyib: “Müharibənin üçüncü günü Qərbdən pul və silah alan ukraynalıların müqaviməti ilə üzləşdi və proqnozlaşdırılmayan situasiya ilə üzləşdi. Nəticə etibarilə iki həftəlik əməliyyat 200 illik müharibəyə çevrildi”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş