Sizin reklam burada
Sizin reklam burada

"Ona görə də bu ölkəyə inanmaq sadəcə mənasızdır"

"Ona görə də bu ölkəyə inanmaq sadəcə mənasızdır"
İran Rusiyaya silah və pilotsuz təyyarələr göndərdiyinə görə cəzalandırılmalıdır.
Bunu Ukrayna XİN-in sabiq başçısı, diplomat Vladimir Oqrızko deyib.
"İran vurulan Ukrayna təyyarəsinə görə məsuliyyətdən yayınmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. İndi onlar ukraynalıları qətlə yetirən Rusiyanı silahla təmin edirlər" - Oqrızko bildirib.
O qeyd edib ki, İran bu silahları Rusiyaya vermədiyi ilə bağlı həyasızcasına yalan danışır: "Ona görə də bu ölkəyə və bu rejimə inanmaq sadəcə mənasızdır. Yeri gəlmişkən, bütün diplomatik karyeramda iranlılar qədər yalançı diplomat görməmişəm. Onlar bu gün dediklərini sabah inkar edirlər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş