Sizin reklam burada
Sizin reklam burada

"İranda repressiyalara görə məsuliyyət daşıyanlara sanksiyalar tətbiq edəcəyik"

"İranda repressiyalara görə məsuliyyət daşıyanlara sanksiyalar tətbiq edəcəyik"
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri oktyabrın 17-də İran rəsmilərinə qarşı yeni sanksiyalar qəbul edəcəklər.
Bunu çərşənbə günü Fransanın xarici işlər naziri Katrin Kolonna Senatın Xarici Əlaqələr Komitəsinin iclasında çıxışı zamanı deyib.
"Bazar ertəsi Aİ xarici işlər nazirlərinin görüşü baş tutacaq. İranda repressiyalara görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edəcəyik" - deyə K.Kolonna bildirib.
XİN rəhbəri qeyd edib ki, "İran insan haqları sahəsində öhdəliklərinə əməl etməlidir".

Conflict.az

  • Sosial şəbəkədə paylaş