
ABŞ Prezidenti Co Bayden Floridada baş vermiş təbii fəlakətin nəticələri ilə bağlı çıxışı zamanı 15 il öncə evinə ildırım düşdüyünü xatırladıb.
Ağ Ev rəhbəri təbii fəlakətdən zərər görən insanları çox yaxşı anladığını bildirib.
“Bununla bağlı təcrübəmdən nə qədər qorxu və narahatlığın olduğunu anlayıram. 15 il əvvəl ildırım vurdu, biz evimizi itirmədik, lakin evin böyük hissəsi yararsız hala düşdü. Gedəcəyimiz yer var idi, yaxınlıqda qohumlarımız yaşayırdı. Tam itirməsək də, o hisləri anlayırıq: bu gecə başımızı hara qoyacağıq, uşaqlarımız üçün yaxşı olacaqmı, məktəbə gedə biləcəklərmi, sığorta dəyən zərəri qarşılayacaqmı? Bu suallara cavab vermək üçün işləyirik” - deyə Bayden bildirib.
Conflict.az