Türkiyə Avropa İttifaqından Ukrayna böhranının həlli istiqamətində səylərini dəstəkləməsini gözləyir.
Bunu Türkiyənin hakim partiyası sədrinin müavini və sözçüsü Ömər Çelik bəyan edib.
“Biz hər kəsi, o cümlədən Avropa İttifaqını prezidentimizin Ukrayna probleminin həlli istiqamətində göstərdiyi səyləri dəstəkləməyə dəvət edirik. Aİ məsələləri diplomatiya yolu ilə həll etmək imkanına malikdir, lakin bu məsələdə Türkiyədən xeyli geridədir”- deyə,o bildirib.
Onun sözlərinə görə, Ukraynanın müəyyən bölgələrinin ilhaqı nəticəsində sülh yolu ilə nizamlanma perspektivləri daha da uzaqlaşıb: “Müharibə heç nəyi həll etməyəcək, vəziyyəti daha da gərginləşdirəcək”.
Conflict.az