Sizin reklam burada
Sizin reklam burada

"Putinin nəyə görə öz hakimiyyətinə təhlükə yaradan "qismən səfərbərlik" elan etdi"

"Putinin nəyə görə öz hakimiyyətinə təhlükə yaradan "qismən səfərbərlik" elan etdi"
"Əgər Putinin doğrudan da nüvə silahından istifadə etmək fikri vardısa, o halda nəyə görə öz hakimiyyətinə bir çox problemlər və siyasi təhlükə yaradan "qismən səfərbərlik" elan edirdi?"
"Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyinə dair şübhələr var. Əgər Putin Ukrayna dövlətinə qarşı nüvə silahından istifadə edərsə, o zaman Kiyevin müttəfiqləri də bizim ərazimizdəki rus qoşunlarına hücum edə bilər".
"UNİAN" xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert Yuri Fyodorov rusiyalı jurnalist Yuliya Latınina ilə "LatıninaTV" "You Tube"-kanalına müsahibəsində ifadə edib.
Onun fikrincə, düşmən yaxın gələcəkdə belə hücuma hazırlaşsaydı, nüvə silahından istifadə etmək niyyətindən danışmazdı.
“Bu, eynilə ona bənzəyir ki, hansısa bankı soymağa hazırlaşan bir quldur küçədə gedir və açıq şəkildə deyir: “Bax, sabah bankı soymağa hazırlaşıram”. Təbii ki, bundan sonra polis həmin quldura qarşı qabaqlayıcı bəzi tədbirlər görəcək. Məhz bu mülahizələr məni Putinin yaxın günlərdə həqiqətən nüvə silahından istifadə edəcəyindən şübhələnməyə vadar edir” – deyə ekspert bildirib.
Xatırladırılır ki, Rusiya hakimiyyəti dəfələrlə Ukraynada öz məqsədlərinə çatmaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib.
Bundan əlavə hərbi ekspert belə bir məntiqi sual da qoyub: Əgər Putinin doğrudan da nüvə silahından istifadə etmək fikri vardısa, o halda nəyə görə öz hakimiyyətinə bir çox problemlər və siyasi təhlükə yaradan "qismən səfərbərlik" elan edirdi.
Sentyabrın 21-də Vladimir Putin yenidən nüvə təhdidlərini dilə gətirib - o bildirib ki, "ərazi bütövlüyünə təhlükə yaranarsa", Rusiya bütün vasitələrdən istifadə edəcək.
Maraqlıdır ki, Kreml Ukraynanın işğal olunmuş torpaqlarını “özünün torpaqları” hesab edir, Kiyev isə fəal şəkildə onların azad edilməsi ilə məşğuldur.
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi təqdirdə ölkəsinin dəqiq fəaliyyət planına malik olduğunu və Vaşinqtonun Moskvanı “çox yüksək səviyyədə” mümkün nəticələri barədə artıq özəl şəkildə məlumatlandırdığını bildirib.
Aprelin sonunda Böyük Britaniyanın o zamankı Baş naziri olan Boris Conson iddia etmişdi ki, onun dövləti NATO-dakı həmkarları ilə məsləhətləşmədən Rusiya Federasiyasına nüvə cavab zərbəsi endirə bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş