Sizin reklam burada
Sizin reklam burada

"Bu missiya bizi zəiflədib”

"Bu missiya bizi zəiflədib”
Ermənistan parlamentinin sabiq deputatı, siyasətçi Azad Arşakyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) təhqir edib.
O, KTMT-ni “qəddar it” adlandırıb.
“KTMT bizim qəddar itimizdir. Hamı bilməli idi ki, Ermənistana girmək təhlükə altında olmaq deməkdir. İndi o it nə dişləyir, nə hürür. Biz hazırda dünyaya deməliyik ki, bizim it dişləmir, bizə başqa gözətçi it lazımdır” - deyə Arşakyan qeyd edib.
O bildirib ki, baş nazir Nikol Paşinyanın Ermənistana beynəxalq müşahidəçilərin göndərilməsindən bəhs etməsi, habelə beynəlxalq ictimaiyyətə olan notası “məxməri inqilaba” çağırışdır: “Yəni deyir ki, biz mövcud gözətçidən imtina edirik. Çünki bu missiya bizi zəiflədib”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş