
Rusiya sərhədlərinə insanların axını, ölkəni tərk etmək istəmələri, həmçinin Rusiya şəhərlərində etiraz aksiyaları əhalinin Putinin Ukraynaya qarşı müharibəsini dəstəkləmədiyini göstərir.
Bu barədə Ağ Ev sözçüsü Karin Jan-Pyer deyib.
"Rusiyada gördüyümüz odur ki, ruslar bu müharibəni istəmədiklərini, Putinin müharibəsini dəstəkləmədiklərini deyirlər" - sözçü bildirib.
O vurğulayıb ki, Ukraynada amansız müharibəni bir nəfər - prezident Putin başladıb və yalnız o, savaşı dayandıra bilər.
Conflict.az