Türkiyədə üç dövlət bankı Rusiyanın “Mir” ödəniş sistemi ilə işi dayandırıb.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl oxşar qərarı Türkiyənin iki özəl bankı - “İş Bankası” və “Dəniz Bank” verib.
Maliyyə qurumlarının bu cür addımları Rusiyanın “Mir” kartlarını qəbul edən xarici kredit təşkilatlarına qarşı mümkün sanksiyalarla bağlı Qərbin təhdidlərindən sonra atılıb.
Conflict.az