
Dünya bir neçə ildən sonra daha ciddi pandemiya ilə üzləşə bilər.
Bu sözləri BMT-nin baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.
“Bir neçə ildən sonra biz daha ciddi pandemiya ilə üzləşə bilərik. Ölkələr dünya və beynəlxalq ictimaiyyətin artan bərabərsizlik və təhlükələrlə üz-üzə qaldığını anlamalıdır. Bu, gərginlik, iğtişaşlar və böhranlara səbəb ola bilər” - deyə Quterreş qeyd edib.
Conflict.az
