Sizin reklam burada
Sizin reklam burada

"Həsən və Hüseyni də siyahılarınıza daxil edin”

"Həsən və Hüseyni də siyahılarınıza daxil edin”
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hesab edir ki, ABŞ hakimiyyəti onun 14 uşağının hamısını sanksiya siyahısına salmalıdır.
Bu barədə o, özünün Telegram kanalında yazıb.
“Dövlətlər yaxşı bilirlər ki, mənim Qərbdə nə əmlakım, nə də hesablarım var, amma inadla məni sanksiya siyahısına salıblar və bu dəfə nədənsə hətta ailə üzvlərimi də daxil ediblər. Onların arasında yetkinlik yaşına çatan qızım da var. Niyə uzatmaq lazımdır? Gəlin, amerikalılar, mənim bütün övladlarımı, onların ən kiçiyi, 5 yaşında əkizlər Həsən və Hüseyni də siyahılarınıza daxil edin” - Çeçenistan rəhbəri bildirib.
Kadırov həmçinin qeyd edib ki, o, ABŞ Xəzinədarlığının onda “ümumiyyətlə” olmayan əmlakı bloklamaq üçün “inadkar” istəyini izah edə bilməz.
Bundan əvvəl ABŞ-ın Çeçenistan rəhbəri Ramzan Kadırov və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etdiyi məlum olub. Sanksiya siyahısında Kadırovdan başqa, onun həyat yoldaşı Medni və uşaqları Aişat, Xadicat və Tabarik də var.

Conflict.az

  • Sosial şəbəkədə paylaş