Sizin reklam burada
Sizin reklam burada

"Avropanın azadlığını müdafiə edən xalqlar yaxın olmalıdırlar"

"Avropanın azadlığını müdafiə edən xalqlar yaxın olmalıdırlar"
Ukrayna Prezidenti Vladimir Zelenski Polşa Baş naziri Mateuş Moravetski ilə görüşüb.
Bu barədə Zelenski özü məlumat yayıb.
“Biz AB ölkələri ilə ikitərəfli əməkdaşlığımızdan danışdıq. Xüsusilə, bu, sərhədimizdə prosedurların sadələşdirilməsinə aiddir. Biz vətəndaşlarımıza və şirkətlərimizə hələ də əngəl olan maneələri mütləq aradan qaldırmalıyıq. Avropanın azadlığını birlikdə müdafiə edən xalqlar mümkün qədər yaxın olmalıdırlar.
Məlumdur ki, Ukrayna-Polşa sərhədində müəyyən çətinliklər, növbələr var. Polşanın baş naziri ilə bunu müzakirə etdim. Biz bu problemi necə həll etmək barədə razılığa gəldik” - prezident bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş