Sizin reklam burada
Sizin reklam burada

"Bu, rusların işini çətinləşdirəcək"

"Bu, rusların işini çətinləşdirəcək"
Xerson ruslardan azad edildikdən sonra HİMARS sistemlərini işğal altında olan Krım yaxınlığına yerləşdirmək lazımdır. Bu, rusların işini xeyli çətinləşdirəcək.
Bunu istefada olan amerikalı general-leytenant Ben Hoces deyib.
O bildirib ki, HİMARS yarımadaya yaxınlaşdırıldıqdan sonra bütün infrastruktura, o cümlədən Sevastopol limanına hər gün hücum etmək olar:
"Bu, həqiqətən də Rusiyanın Krımdan əməliyyatlar aparmasını çox çətinləşdirəcək. Qara dəniz donanması artıq yarımadanın arxasında gizlənir. Bu rusların işini çox çətinləşdirəcək. Artıq Krım çimərliklərində rus turistləri görməyəcəksiniz".

Conflict.az

  • Sosial şəbəkədə paylaş