Sizin reklam burada
Sizin reklam burada

"Rusiya Dnestryanıya kömək edə bilməz"

"Rusiya Dnestryanıya kömək edə bilməz"
Rusiya indi tanınmamış Dnestryanıya kömək edə bilməz. Moldova və Ukrayna indi bu problemi birlikdə həll edə bilər.
Bunu ehtiyatda olan general, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces Tvitterdə yazıb.
"Ola bilsin ki, Ukrayna və Moldovanın Dnestryanı problemini həll etməyinin vaxtı çatıb. Kreml həqiqətən də indiki mərhələdə bunu dayandıra bilməz" - o bildirib.
Hoces Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moldovada rusofobiya ilə bağlı sözlərinə də cavab verib: "Dnestryanı sakinlər doğrudanmı Rusiya kimi cəsədlə zəncirlənmək istəyirlər? Onlar daha parlaq gələcəyə ümid etmirlər?"

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ