
Yunanıstanda kredit borcu olanlar 40-45 milyard avro dəyərində 700 min mülkünü itiriblər.
Bu barədə “Ekathimerin” nəşri məlumat yayıb.
Yunan banklarından kreditlər alan yunan fondları hazırda 40-45 milyard avro dəyərində 700 minə yaxın mülkə sahibdirlər.
Analitiklər proqnozlaşdırırlar ki, bütün obyektlərin təxminən 30%-i hərracda satılacaq. Ancaq belə mənzil almaq istəyənlər kifayət qədər azdır. Məsələn, ilin birinci yarısında hərraca çıxarılan 23,36 min obyektdən 14 mindən çoxu hətta sövdələşmə həddinə belə çatmayıb.
Conflict.az