Sizin reklam burada
Sizin reklam burada

"Bu, böyük saxtakarlıq və müdaxilədir"

"Bu, böyük saxtakarlıq və müdaxilədir"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp dərhal yeni prezident seçkilərinin keçirilməsinə çağırıb.
Bu barədə D.Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"İndi aydın oldu ki, FTB seçkidən əvvəl Hanter Baydenin noutbuku ilə bağlı məsələni unutdu, çünki onlar bilirdilər ki, əgər belə etməsələr, "Tramp 2020-ci il prezident seçkilərində asanlıqla qalib gələcəkdi". Bu, ölkəmizdə indiyədək heç vaxt görünməmiş səviyyədə seçkilərə böyük saxtakarlıq və müdaxilədir. Həll yolu əsl qalibi elan etmək və ya ən azı 2020-ci il seçkilərini baş tutmamış saymaq və yeni seçkilər keçirməkdir" - deyə keçmiş ABŞ prezidenti bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş