Sizin reklam burada
Sizin reklam burada

"İşğalçı qoşunların komandirləri nəyinsə səhv olduğunu hiss edib"

"İşğalçı qoşunların komandirləri nəyinsə səhv olduğunu hiss edib"
Rusiya hərbi komandirləri öz ailələrini Krımdan yenidən Rusiyaya təxliyə edirlər.
Bunu Odessa vilayət dövlət administrasiyasının rəhbəri Maksim Marçenko deyib.
"İşğalçı qoşunların komandirləri, deyəsən, nəyinsə səhv olduğunu hiss edib və ailələrini Krımdan Rusiyaya təxliyə edirlər. Qərarlarını Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən hipnoz edilmələri ilə izah etsələr, təəccüblənmərəm. Bircə qalıb desinlər ki, biz bütün işğalçıları hipnoz edirik və onlar da özlərini öldürməyə başlayırlar" - deyə Marçenko bildirib.
Qeyd edək ki, Krım tatarlarının lideri Mustafa Cəmilov Krım rəhbərlərinin öz ailələrini yarımadadan çıxardığını bildirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş