Sizin reklam burada
Sizin reklam burada

"Dünya daha təhlükəli yerə çevrilib"

"Dünya daha təhlükəli yerə çevrilib"
AB-nin birgə ordusunun yaradılmasına ehtiyac yoxdur.
Bunu AB-nin baş diplomatı Jozep Borrel deyib.
"27 ordudan heç biri tək bir Avropa qüvvəsi ilə əvəz edilə bilməz. Biz sadəcə olaraq qüvvələrimizi birləşdirməliyik, daha yaxşı koordinasiya etməliyik və təhlükəsizliyə sərmayə qoymalıyıq" - o bildirib.
Borrell qeyd edib ki, indi AB müdafiəyə Çin qədər, Rusiyadan isə dörd dəfə çox xərcləyir: "Lakin borc böhranı və silahsızlanma səbəbindən mövcud çağırışlara cavab verə bilmir. AB hərbi baxımdan deyil, iqtisadi və mənəvi baxımdan fövqəlgüc adlandırıla bilər. Dünya daha təhlükəli bir yerə çevrilib. AB üzvləri bilməlidirlər ki, lazım gələrsə, özümüzü qorumalıyıq və bunun üçün bizə alətlər lazımdır".

Conflict.az

  • Sosial şəbəkədə paylaş