Sizin reklam burada
Sizin reklam burada

"Rusiya indikilərdən yüz dəfə pis problemlər yaradacaq”

"Rusiya indikilərdən yüz dəfə pis problemlər yaradacaq”
Rusiya ilə münasibətlərin potensial bərpası Avro-Atlantik sistemdə təhlükəsizlik üçün fəlakət olardı. Əgər bu baş verərsə, Rusiya yaşayış dəyərlərinə təsir edən, indikilərdən yüz dəfə pis problemlər yaradacaq”.
Bunu Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippi deyib.
“Son altı ayda gördüklərim mənə bunun Avro-Atlantik sistemdə təhlükəsizlik üçün fəlakət olacağını deyir. Beləliklə, 10, 15 və ya 20 illik üfüqdə deyil, cəmi bir neçə il sonra Rusiya bizə özündən 100 dəfə pis yaşayış problemi yarada bilər” - nazir bildirib.
Onun fikrincə, münasibətlərin normallaşdırılması həqiqətən də sadə vətəndaşların yaşayışına ciddi şəkildə mənfi təsir göstərəcək.
“Əgər Rusiyanın Ukraynadakı təcavüzünə məhəl qoymasaq, o zaman Rusiya NATO-nun bir hissəsi olan Baltikyanı ölkələri də işğal edə bilər. Ukraynanın müdafiəsinə qalxmalıyıq ki, hər şey onun şərtləri ilə bitsin. Qısamüddətli ağrı ola bilər və xərclər nə qədər olur-olsun, Avro-Atlantikada təhlükəsizlik üçün zəmin yaradacağıq” - Hippi vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş